Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 650

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 31 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək.