Sabah hava necə olacaq? - Proqnoz

sabah-hava-nece-olacaq-proqnoz
Oxunma sayı: 682

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək.

Fevralın 21-dən 23-dək Abşeron yarımadasında hava şəraitinin əvvəlki günlərlə müqayisədə mülayimləşməsi, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Nigar Məmmədli