Sabah hava yağmurlu olacaq

sabah-hava-yagmurlu-olacaq
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-19 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə təşkil edəcək.