Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
Oxunma sayı: 461

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

"Qafqazinfo" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Fevralın 2-dən 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi