Sabah hava yağmursuz olacaq

sabah-hava-yagmursuz-olacaq
Oxunma sayı: 642

Axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 6-11dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 13-dən 15-dək Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Nigar Məmmədli