“Sabah həyatımızın dəyişəcəyi gün” - Seymur Həzi azadlığa çıxır

sabah-heyatimizin-deyiseceyi-gun
Oxunma sayı: 7773

Həbsdə olan siyasi fəal Seymur Həzi sabah azadlığa çıxacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə həbs müddəti başa çatan Seymur Həzinin həyat yoldaşı Nigar Həzi feysbuk hesabında paylaşım edib.

"Sabah mənim və Seymur üçün həyatımızın dəyişəcəyi gün. Çox çətin günlər gördük. Ancaq yıxılmadıq, ayaqda durduq. Düzdür, qarşıda bizi növbəti çətinliklər gözləyir. Amma xoş və şirin çətinliklər. Bizdə hər şey fərqli olduğundan, evlilik sonrası dövr də fərqli olacaq. Seymurun azadlığa, cəmiyyətə adaptasiyası, onun mənə, mənim ona adaptasiyam. İki yatıb çıxmışın başı bir qazanda necə qaynayacaq, görəsən? Özümə də maraqlıdır", - deyə Nigar bildirib.