Sabah isti olacaq

sabah-isti-olacaq
Oxunma sayı: 650

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb  küləyi  ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 13-18, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  769  mm civə sütunundan 763 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında martın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.