Sabah kənd Əhmədlinin işığı fasilələrlə yanacaq

Sabah kənd Əhmədlinin işığı fasilələrlə yanacaq
Oxunma sayı: 300

Noyabrın 2-də saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Qafqazinfo" xəbər verir ki, fasilələrin yaranmasına səbəb “Azərenerji” ASC-yə məxsus 110  kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir. Təmir işlərilə əlaqədar olaraq kənd Əhmədli yaşayış massivinin bir hissəsində - Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi