Sabah kinoteatrda təkcə o film göstəriləcək

sabah-kinoteatrda-tekce-o-film-gosterilecek
Oxunma sayı: 1190

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Sabah saat 15:00-da "Nabat" nümayiş olunacaq.

Filmin nümayişi pulsuzdur.

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir.

Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.