Sabah Konstitusiya Məhkəməsi seçki ilə bağlı qərarını verəcək

sabah-konstitusiya-mehkemesi-secki-ile-bagli-qerarini-verecek
Oxunma sayı: 1269

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Plenumunun iclası saat 15:00-a təyin edilib. 

Qeyd edək ki, MSK-nın yekun protokoluna görə, prezident seçkilərində İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.