Sabah leysan yağacaq

sabah-leysan-yagacaq
Oxunma sayı: 643

Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam havanın tutqun olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli