Sabah paytaxtda intensiv yağış yağacaq

Sabah paytaxtda intensiv yağış yağacaq
Oxunma sayı: 1828

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 04-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 14-17, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi