Sabah rahat, birigün narahat olacağıq

sabah-rahat-birigun-narahat-olacagiq
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, oktyabrın 19-da hava şəraitinin təzadlı dəyişkənliyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Nigar Məmmədli