Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq
Oxunma sayı: 95

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, zəif şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 23-25° isti, gündüz  32-37° isti, Bakıda gecə  23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan aşağı 757  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz  40-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Avqustu 14-də Azərbaycanın rayonlarında isə hava şəraiti yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz  33-38° isti, dağlarda gecə 15-20°, gündüz  26-31° isti olacağı gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi