“SABAH” sabah üçün çalışır

sabah-sabah-ucun-calisir
Oxunma sayı: 637


"Qafqazinfo" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, təhsilin keyfiyyətində tələbə müəllim vəhdəti əsas rol oynayır:

"Təhsilin keyfiyyətində insan amili –tələbə və müəllim təhsilin keyfiyyətini şərtləndirən əsas amildir. Savadlı və bacarıqlı olmaq, seçdiyi ixtisasa həvəslə yanaşaraq “SABAH” qruplarına qoşula bilərlər. Bu qruplarda dərs keçən müəllimlərin xüsusi nüfuzunun olması əsas prioritetdir. Xaricdə təhsil almış tələbələrdən bu istiqamətdə istifadə edilməsi də planlaşdırılır. Həmçinin Azərbaycan ali təhsil müəssisələrinə xaricdən tələbə cəlb etmək üçün “SABAH” qrupları mühüm rol oynayacaq. Bunun üçün nazirlik tabeliyində bu işlə məşğul olacaq qrup yaradılacaq.

Həmçinin işəgötürənlərlə sıx əlaqə qurmaq niyyətindədir. Onlarla görüşdə bildirirlər ki, tələbələrin praktik bacarıqlarında problemin olduğunu bildirirlər. Biz də bu problemdən xəbərdarıq.  Hesab edirik ki, ali təhsili uğurla başa vurmuş tələbələr iş adamları üçün potensial kadr olmalıdır. Bu istiqamatdə “SABAH” qrupları mühüm rol oynayacaq. Bu məsələdə işəgötürənlərin tələbələrin hazırlığında iştirakı planlaşdırılır. Bu işdə təcrübəli iş adamları, ictimai-siyasi fəaliyyəti olan şəxslər iştirak edəcək..

Ali təhsil müəssisələrində təhsil alanların sayı heç vaxt bu qədər çox olmayıb.Bu işə növbəti tədris ilindən başlanacaq. İlk növbədə müəllim və tələbələrin akademik mühitinin yaradılmasına  xidmət edəcək.

Bütün sistemin stranformasiyasını, keçidini təmin etmək niyyətindəyik. Bu istiqəmətdə əlimizdən gələni edəcəyik".