Sabah şimal və qərb rayonlarında şimşək çaxacaq

sabah-simal-ve-qerb-rayonlarinda-simsek-caxacaq
Oxunma sayı: 650

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

İyunun 29-dan başlayaraq hava şəraitinin sərinləşəcəyi, qeyri-sabit keçəcəyi, küləkli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olanacaq. Lakin günün ikinci yarısında əsasən respublikanın şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Nigar Məmmədli