Sabah şou-biznesdə toy var

sabah-sou-biznesde-toy-var
Oxunma sayı: 3429


”Qafqazinfo”nun məlumatına görə, cütlüyün toyu paytaxt Bakıda yerləşən istirahət məkanlarının birində gerçəkləşəcək. Şou-biznes nümayəndələri ilə yanaşı iş adamlarının da qatılacağı gözlənilən toyun qapıları  media mənsublarının  üzünə açıq olacaq. Uzun illərdir Azərbaycanda prodüser kimi çalışan Cenk jurnalistlərlə olan dostluğunu nəzərə alaraq bu addımı atıb və onların toyunda qonaq kimi iştiraklarından məmnun olacağını bildirib: 

“Fevralın 1-i həm də Minarənin doğum günüdür. Toyu bu günə təyin etdik ki,  həyatımızda  bu tarix ömürlük ən xoş məqam kimi qeyd olunsun. Bir deyim var: kim qazan dibi yeyərsə, toyunda yağış, qar yağar. Minarə xanım o qədər qazan dibi sıyırıb ki, bu toyumuza təsir göstərir, gözlənilməz qar yağır. Lakin heç bir qar, çovğun toyumuza əngəl ola bilməz. Çünki bizim izdivacımız təmiz sevgi üzərində qurulub”.

Qeyd edək ki, toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək.