Sabah Türkmənistanda prezident seçkiləridir

sabah-turkmenistanda-prezident-seckileridir
Oxunma sayı: 635

Sabah ölkədə keçiriləcək prezident seçkisindən əvvəl bütün təbliğat-təşviqat kampaniyası dayandırılıb. Türkmənistan prezidenti vəzifəsinə 8 nəfər, o cümlədən ölkənin hazırki prezidenti Qurbanqulı Berdımuhamedov öz namizədliyini irəli sürüb.

Türkmənistanda bu, dövlət başçısının ikinci alternativ seçkisi olacaq. İlk alternativ seçki 2007-ci ildə, Türkmənistanın ilk prezidenti Safarmurat Niyazovun ölümündən sonra baş tutmuşdu. Niyazov 2 dəfə alternativsiz prezident seçkilərində qalib gəlmiş, bundan sonra isə Türkmənistanın əbədi prezidenti elan edilmişdi.Türkmənistan konstitusiyasına görə, prezident 5 il müddətinə seçilir.


islamazeri.az