Sabah uşağı olacaq - O isə İngiltərə matçına hazırlaşır

sabah-usagi-olacaq
Oxunma sayı: 1512

İsveç millisinin kapitanı Andreas Qrankvist maraqlı açıqlama ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, sabah dünya çempionatının  ¼ final mərhələsi öncəsi həyat yoldaşının uşaq dünyaya gətirəcəyinə baxmayaraq vətəninə getməyəcəyini bildirib.

Qrankvist matçın daha vacib olduğunu bildirib: “Vətənimə getmirəm. Həyat yoldaşım güclü qadındır və bura gəlmədən öncə də bunu da bilirdik. İndiyə qədər problem olmadı. Tez gedib dönəcəyim bir yer deyil. Hər nə olursa-olsun İngiltərə ilə matçı buraxa bilmərəm”.