Sabah valideynlər uşaqlarını məktəbə buraxmaq istəmir - Cahillik

sabah-valideynler-usaqlarini-mektebe-buraxmaq-istemir-cahillik-
Oxunma sayı: 652

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Milli.Az-a açıqlamasında bildirdi ki, dekabrın 21-də Bakının bütün orta məktəbləri adi qrafiklə işini davam etdirəcək. Sektor müdirinin sözlərinə görə, dekabrın 21-i onlar üçün fövqəladə deyil, adi bir gün olacaq.

Z.Əliqızı valideynlərə müraciət edərək vurğuladı ki, şayiələrə inanmasınlar, uşaqlarını tədris prosesindən yayındırmasınlar: “Sabah hansısa valideynin uşağını məktəbə buraxmaması onlarn öz istəyidir. Amma məktəb tərəfindən dərsə gəlməmək kimi göstərişlər yoxdur”.