Sabah “Xəzər Günü”dür

Sabah “Xəzər Günü”dür
Oxunma sayı: 491

Sabah 5 dövlətdə “Xəzər günü”dür. 

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2006-cı ildən bu yana hər il 12 avqust “Xəzər Günü” kimi qeyd edilir. 

“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası–Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi