Sabah yağış yağacaq

sabah-yagis-yagacaq
Oxunma sayı: 646

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Mayın 27-də respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi şimal və qərb rayonlarında lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.