Sabah yağış yağacaq

sabah-yagis-yagacaq
Oxunma sayı: 645

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.