Sabah yağış yağacaq

sabah-yagis-yagacaq
Oxunma sayı: 633

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 11-16, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq.

Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində isə mayın 13-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.