“Sabah” yeni transferini açıqladı

sabah-yeni-transferini-aciqladi
Oxunma sayı: 1291

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, bakılılar 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə imzalayıb.

Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb.

Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.