Sabah yollar bağlanacaq

sabah-yollar-baglanacaq
Oxunma sayı: 643

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov bazar günü Trend-ə bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anılması mərasiminin keçirilməsi ilə əlaqədar olaraq ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban-Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti mədudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.