Sabaha olan hava proqnozu açıqlandı

sabaha-olan-hava-proqnozu-aciqlandi
Oxunma sayı: 3742

Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 25-27°, gündüz 32-36° isti olacaq.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun hərarətinin 26-27° olacağı ehtimal edilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun hərarətinin 27-28° isti olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 38-42° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 36-41° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 24-26°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 26-31° isti olacağı ehtimalı var.