Sabahdan hava pisləşəcək - Xəbərdarlıq

Sabahdan hava pisləşəcək
Oxunma sayı: 2886

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85,  gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.  

Xəbərdarlıq

Bəzi rayonlarda oktyabrın 28-i gündüzdən ayın sonunadək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi,  oktyabrın 28-i axşamdan 29-u səhərədək bəzi yerlərdə  arabir yağış yağacağı gözlənilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi