Sabahdan hava şəraiti sabitləşəcək

sabahdan-hava-seraiti-sabitlesecek
Oxunma sayı: 637

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı, gecə və səhər bəzi şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 7-si gündüzdən hava şəraitinin sabitləşəcəyi, sonrakı günlərdə əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur tədricən yüksələcək.

Nigar Məmmədli