Sabahdan hava soyuyacaq

sabahdan-hava-soyuyacaq
Oxunma sayı: 1022

Sabah axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Nigar Məmmədli