Sabahdan ölkədə bayram tətili başlayır

sabahdan-olkede-bayram-tetili-baslayir
Oxunma sayı: 1302

Sabahdan Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda tətil başlayır.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 20, 21, 22,  23, 24 mart tarixləri qeyri-iş günü hesab edilir. Novruz bayramı ilə əlaqədar 24 mart şənbə günü olduğu üçün 26 mart da bayram tətilinə əlavə ediləcək.

Beləliklə, 7 qeyri-iş günü olacaq.

Martın 27-si isə iş günüdür.