Sabahın hava proqnozu açıqlandı

sabahin-hava-proqnozu-aciqlandi
Oxunma sayı: 634

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi  ilə əvəz  olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21, Türkan, Hövsan, Sahil, Şıxda  22-23 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Qərb  küləyi əsəcək,  gündüz arabir güclənəcək. 

Havanın temperaturunun gecə 15-20, gündüz 28-32, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.