Sabahın hava proqnozu açıqlandı

sabahin-hava-proqnozu-aciqlandi
Oxunma sayı: 2426

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 25-28,  Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Sentyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz  27-32, dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti təşkil edəcək.