Sabahın hava xəbəri

sabahin-hava-xeberi
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya bildiriblər ki, havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında
Mayın 14-də şimşək caxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.