“Sabahısı gün Rusiya rəsmən İsveçə müharibə elan etdi” - Tarix

sabahisi-gun-rusiya-resmen-isvece-muharibe-elan-etdi-tarix-
Oxunma sayı: 3031

Avropa səhnəsində Osmanlı imperiyası tərəfindən getdikcə artan təhlükə bir-biri ilə müharibə aparan xristian dövlətlərinin yaxınlaşmasına gətirib çıxardı. 1667-ci ildə, üçillik danışıqlardan sonra Andrusovda Avropa dövlətləri arasında barışıq imzalandı.
Artıq Andrusov sülhündən sonra Osmanlı imperiyasına qarşı koalisiyanın yaradılması üçün Moskvadan Andrey Vinius elçi kimi Reç Pospolitayaya (Polşaya) və ingilis kralı II Karlın yanına göndərildi.

Reç Pospolitiyanın (Polşa) 1672-ci ildə Osmanlı imperiyası ilə müharibədə tam məğlubiyyəti Moskvanı qızğın diplomatik addımlar atmağa sövq etdi. Moskva general Menezini Brandenburq kralının yanına, Vyanaya, Venesiyaya, Papanın hüzuruna, Andrey Vinius isə Fransa və İspaniyaya, Yemelyan Ukrainsevi isə İsveç və Hollandiyaya göndərdi. Rus elçilərinin əsas məqsədi bu hökümdarları Polşaya kömək etməyə sövq etmək idi. Bu fəliyyət çox kecmədiki ən nəhayətdə öz bəhrəsini verdi belə ki, 1680-ci ildə Moskvanın inadla çalışdığı hadisə baş verdi, bütün Avropa ölkələri Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün birləşdilər. Fransa, Venesiya, Brandenburq, Reç Pospolotiya və Moskva ümumi ittifaq bağladılar. Rusiyanın payına Krımla müharibə düşdü. Moskva ilə Reç Pospolotiyanın Andrusov barışığı əsasında “əbədi sülh” haqqında müqaviləsini imzalaması antitürk koalisiyasının yaradılmasına yol açmışdı. Məhz bu dövürdən və xüsusən Vyana ətrafında məğlubiyyətdən sonra Osmanlı imperiyası qürub zolağına daxil oldu və bu məğlubiyyət əsrlərcə Osmanlı hökmranlığı altında yaşamış xristian əhalini yeni tələblərini irəli sürməyə həvəsləndirdi..
Avstriyalılarla müharibə zamanı, 1688-1689-cu ildə cə-nub macarları (Hungari), serblər, bolqarlar, dalmaslar Osmanlı imperiyasına qarşı üsyana qalxdılar (Akdağ M.Genel cizgileri ile XVII yüzyıl Türkiye tarihi-Tarihi araştırmalar dergisi. An-kara,1966 səh. 10) Və bu avstriyalılara Osmanlı imperiyasının içərilərinə doğru irəliləmək imkanı verdi. Amma Fransa ilə müharibə avstriyalıları öz qüvvələrini ələ keçirilmiş osmanlı ərazilərindən Mərkəzi Avropaya atmağa vadar etdi. Elə alındı ki, Balkanlar yenidən türklərin əlinə keçdi. Bu cür vəziyyət I Pyotru çox narahat edirdi... Çünki o, ciddi-cəhdlə Osmanlı imperiyasının vassalı olan Krım xanlığını ələ keçirmək istəyirdi. Rusiyada I Pyotrun hakimiyyətə gəlməsi (1681/89 - 1725) Rusiya-Osmanlı münasibətlərində də ciddi dəyişikliklərə səbəb oldu.

Avropa səhnəsində uzun sürən müharbədən sonra 1699-cu ildə Karlovitsa konqresi başlandı və Osmanlı imperiyası ilə Karlovitsa sülhü imzalandı. Bu sülhlədə Türklərin Avropadan sıxışdırılması prosesinə start verildi.

Amma bu sülhdən Rusiyaya dəyərli heç nə çatmadı... Çünki Şərqi Macarıstan, Transelvaniya, Sloveniya avstriyalılara, Şərqi Ukrayna Reç Pospolitiyaya, Aralıq dənizindəki adalar Venesiyaya keçdi. Bu sülhün iştirakçılarından heç biri və hətta həmin müqavilənin vasitəçiləri də (İngiltərə və Hollandiya) Moskvanın tələblərinə əhəmiyyət vermədilər. Rusiya tərəfi qaliblərdən tələb etdi ki, onlar Sultanı Kerç şəhəri, Dneprin cənub sahili və Azov sahillərini ruslara verməyə məcbur etsinlər. Ancaq qaliblər Rusiyanın tələblərini dəstəkləmədilər...
Aldadılmış ruslar 1700-cü ildə Osmanlı imperiyası ilə iki illik sülh müqaviləsini bağladı. Rusiya tərəfindən bu sülhü səfir E.Ukrainsev imzaladı. 1700-cü il avqustun 8-də İstanbul müqaviləsinin bağlanması xəbəri I Pyotra yetişdi. Bu münasibətlə böyük atəşfəşanlıq keçirildi. Sabahısı gün Rusiya rəsmən İsveçə müharibə elan etdi, iyirmi bir il (1700-1721) davam edən Şimal müharibəsi başladı. Osmanlı sultanı III Əhməd (1703-1730) müqavilənin ratifikasiya fərmanını, yalnız 1710-cu ilin fevralında Tolstoya təqdim etmişdi. İstanbul müqaviləsinin bəndlərinə görə, Rusiya artıq Osmanlı imperiyasının vassalı olan Krım xanına xərac ödəməyəcəkdi. Bu razılaşmanın digər bəndlərinə əsasən Rusiya ilk dəfə olaraq Konstantinopolda (İstanbulda) öz diplomatik nümayəndəliyini açırdı. Birinci Pyotrun göstərişi üzrə Moskva hökumətinin Osmanlı imperiyasındakı diplomatik fəaliyyətinə başçılıq edən şəxs kimi P.A.Tolstoy təyin edildi.

Osmanlı imperiyasındakı diplomatik missiyanın rəhbəri P.A.Tolstoy əslində kəşfiyyat istiqamətində daha geniş fəaliyyət göstərməyə girişdi. O, Birinci Pyotra Osmanlı imperiyasındakı saraydaxili çəkişmələr barədə daha çox məktublar göndərirdi. Məsələn, bu məktublardan bir neçə parça((məktubun əsli əski slavyan dilindədir və tərcümə zamanı əski slavyan dilinin stilistikası saxlanmışdır-müəllif):

RQADA, 1703,d 2,l.184-186 ((Rusiya dövlət qədim aktlar arxivi,1703, iş 2,səh.184-186)

“Sultan sarayında olarkən öz qabilliyətini və mədəniyyətini göstərməklə bərabər, çox ciddi müşahidəçi və ehtiyyatlı olmalısan. Əksi təqdirə dövlətin istər hərbi, istərsədə siyasət adamlarının baxışlarını anlamazsan. Ona görə ki,hər dövlət adamları ilə görüşən zaman ,sən qarşı tərəfin niyyətlərindən, oların gizli hərbi hazırlıqıarından və bunun hansı dövlətə qarşı olmasından və gələcəkdə olabləcək müharibənin quru və ya dənizlə həyata keçirilə bilməsindən xəbər tutmalısan. Türklər vüqarlı, azadlıq sevən,hür və əzəmətli xalqdır.

Bu üzdən də, qanlı savaşlar aparakən heç bir dövlətlə ittifaqa girməzlər və yardım almazlar. Türklər Osmanlı təbəsı olan yerli xristiyan xalqlarına deyirlər ki, onlar məğlup edilməzdirlər, heçkimsə onları qorxutmaz, qorxutamaz!
Yalançılığa qarşı tahammülləri yoxdur, xususən bu hiyləgərliyi xristiyanlar edərsə, zaman-zaman deyirlər ki, bizlər xristiyanlara qarşı xoş davranırıq, onlar isə türklərə minnətdar olmaqdansa bizlərə qarşı olurlar və bizi əsəbləşdirilər. Türklər Konstantinopol patriyi Parfeniyu , Vasiliyu və əsgəri komandir Volskomu Moskıvaya məktup yazmalarına və xristiyan dövlət başçısına xoş məramla yanaşmalarına çox əsəbiliklə qarşılıq vermişdilər. Əslındə Konstantinopol patriki Parfeniyu və Vasiliyu, həmçinin əskəri komandir Volskomu türklərə yaxşılıq edərək iyilik yaparak Azov sahili torpağlarını türklərə verilməsinin ricasını etmişdilər. Bu yaxşılığa qarşı, onlar “mükafatlandırılaraq” Konstantinopol patriki Parfeniyunun boynuna daş bağlayaraq dənizə atdılar, Vasiliyu ve əskəri komandir Volskomu da Yedikulə’də ki, zindana soxdular.
Türk xalqı savaşcıdır, bəlli dönəmlərdə isə saraya qarşı çıxaraq üsyanlar edər və sultanları hakimiyyətdən uzaqlaşdırırlarda. Müharibələrdə məğlubiyyətə səbəb olan indiki Sultanın atası 4-cü Mehmet Avcı (1648-1687) kimi əxlaqi və mənəvi dəyərlərdən kasad və dövlətin nizam –intizamını pozan rəhbərləri hakimiyyətdən uzaqlaşdırdıqları kimi.

Türk xalqı şərab içməz və günah sayar, orduda kim şərab içərsə o əskər cəzalandırılır.

Dövlətin başı Sultandır, Ona padişah da deyilir. Sultanın iradəsi, xəbəri və icazəsi olmadan heç bir iş görülməz. Dövlətdə önəmli addımlar ve səfirlik işləri Sultanın iradəsi olmadan hayata keçməz. Həm nazirlər, hem valilər, yəniçəri ağaları, qazi bəyləri bütün işleri sultana bəyan etdikdən sonra və onun icazəsi ilə həyata keçirirlər. Qazi əsgərləri bütün Osmanlı dövlətində məhkəmə işlərinə baxarlar. Vəzir qazi əskərlərin işlərinə müdaxilə etməz. Əgər Sultan əsgərlərdən və ya yəniçəri ağalarından kiminsə cəzalanmasını istiyirsə, qazi əsgərlərə deyil, birbaşa ya vəzirə ya da rəis əfəndiyə müraciət edər. Sultanın xüsusi gösterişləri vəzirin əli ilə hayata geçirilir. Kim sultanın qanunlarına qarşı gələrsə dövlətdə tutduğu mövqeyindən asılı olmayraq edam olunur. Bütün nazirlər gordüyü və görəcəyi işlər barədə Vəzirə mərüzə edərlər.Dövlətin işləri barədə isə Baş Vəzir Sultana mərüzə edər. Osmanlı dövlətində Sulltandan sonra ən böyük səlahiyyət sahibi Baş Vəzirdir. Sultandan başka heç bir saray görəvlisi ona qarşı çıxmaz. Vəzir dövlətin içinde meydana gələn hadisələrlə, yaxud hər hansı fərman vəya sənədlərlə əlaqəli xəbərlər verər. Osmanlı dövlət gələnəylərinə görə hökumət vəzir tərəfındən idarə olunur və yalnız O, Sultana tabe olur. Zaman- zaman Sultan hər hansı bir sənədin və ya təklifin yenidən işlənməsi üçün bəzən Vəzirə yeni səlahiyyətlər verər. Vəzir bütün işləri nəzarət və təftiş edəbilmək üçün çox tez-tez divanda, yəni huquq evində olur. Divan üzvlərinə nisbətdə Vəzirin müstəqilliyi daha çoxdur və daha az məsuliyyət daşıyar. Amma bütün bunlara baxmayaraq onun əsas qorxusu yəniçərilərdən və xalqdandır. Bu səbəbdən xalqın və yəniçərilərin üsyanlarında ən çox zərər görən vəzirlər olur. Yəni xalqı razı edəcək o iş görərsə onda vəzir baş tacı olacak, xalqı qəzəbləndirsə edam olunacak.
Vəzir nazirlərin işlərinə rəhbərlik edər.

Osmanlı dövlət quruluşu əski ənənələr üzərinə təşkil olunmuşdur. Dövlətin əsas işi xəzinəyə daha çox pulun (vergi) toplanmasıdır. Konstantinopol (İstanbul) və Andrinopol (Ədirnə) xristiyanlarından daha çox para toplanır. Ancaq Yerusəlim (Qudüs), Antiohiyadaki, Makedonyadakı, Babilistandaki (Iraq), İsgəndəriyədəki (Şamdaki) və Qahirə ətrafındakı xristiyanların üsyan edəbiləcəklərindən ehtiyat etdiklərinə görə onlardan vergi az alınır”.

Ardı var