“Sabahkı oyun ölüm-dirim mübarizəsi olacaq” - “Atletiko”nun futbolçusu

sabahki-oyun-olum-dirim-mubarizesi-olacaq
Oxunma sayı: 1037

Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun futbolçusu Saul Niqes oyunöncəsi mətbuat konfransında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, ispan yarımmüdafiəçi sualları cavablandırıb:

- Artıq bir neçə dəfə ÇL-də final və yarımfinalda iştirak etmisiz. Bu oyuna da final kimi baxmaq olar...

- “Atetiko”nun formasını geyinmək mənim üçün fəxrdi. Bu oyun bizim üçün final əhəmiyyəti daşıyır. Sabah qalib gəlmək üçün mübarizə aparacağıq.

- “Barselona” ilə oyunda gözəl qol vurdun, lakin oyun heç-heçə bitdi...

- Çalışıram hər oyunda komandama xeyirli olum. Çalışacağıq ki, bu oyunda yaxşı nəticə qazanaq.

- Oyunla bağlı fikirlərinizi bildirərdiz. “Qarabağ” barədə nə bilirsiz?

- Bakını gəzməyə vaxtımız olmayıb. Lakin bir neçə il öncə burda olmuşam. Bakı möhtəşəm şəhərdi. Bu oyun ölüm-dirim qarşılaşması olacaq. Çalışacağıq ki, Bakıdan qələbə ilə ayrılaq.

- Bu cür komandalar həmişə “Atletiko”ya başağrısı olub. Məsələn “Astana”...

- Bəli, bu cür oyunlarda rahatlaşmaq olmaz. Rəqib evdə oynayır, buna görə, çalışacaqlar ki, xal qazansınlar. Buna görə, bu cür oyunlara ciddi yanaşmaq lazımdı.

- Mərkəzdə oynamaq hücumların qurulması baxımından sizin üzərinizə əlavə yük qoyur?

- Mənim üçün fərqi yoxdu. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, çalışıram ki, komandama xeyirli olum.

- İlk iki oyundan sonra cəmi 1 xal toplamısız. Bu da, sizin üzərinizdə əlavə təzyiq yaradır. Bu amil sizin oyununuza təsir edə bilər?

- Bu vəziyyəti özümüz yaratmışıq. Sabah çalışacağıq ilk dəqiqələrdən rəqib qapısına yol taparaq, bu təzyiqdən qurtulaq. 

- Dieqo Simeone əvvəllər sizin mövqeyinizdə oynayıb. Bu amil sizin inkişafınızda nə dərəcədə rol oynayıb?

İndiki səviyyəyə çatdığıma görə baş məşqçimə təşəkkür edirəm. Çünki mənə ilk dəfə o şans verib. Bu səviyyəyə çatmağımda da onun əvəzsiz rolu olub.