Sabahkı seçkilərlə bağlı son xəbər

sabahki-seckilerle-bagli-son-xeber
Oxunma sayı: 683

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, MSK-da 40 nəfərin müşahidəçi kimi qeydiyyatdan keçdiyini bildirib. Belə ki, qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir. M. Pənahov bildirib ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Bələdiyyə seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir. Qeydiyyatdançıxma vəsiqəsi alan seçicilərin sayı isə 206 nəfər olub. MSK sədri həmçinin vurğulayıb ki, bələdiyyə seçkiləri ilə əlaqədar qeydə alınmış namizədlərin 305 nəfəri (19,69 faiz) qadındır. Namizədlərin 673 nəfəri (43,45 faiz) ali, 605 nəfəri (39,06 faiz) orta, 265 nəfəri (17,11 faiz) orta ixtisas, 6 nəfəri isə (0,38 faiz) natamam ali təhsillidir. M. Pənahov bildirib ki, 30 noyabr seçkiləri ilə əlaqədar seçki məntəqələrinin sayı 1169-dur, o cümlədən 1134 məntəqə ümumi əsaslarla, 35 məntəqə isə seçkiyə 5 gün qalmış formalaşdırılıb.
Seçkidə eyni zamanda 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.