Sabiq azərbaycanlı mer 7 aylıq maaşını tələb edir - 12 min dollar

sabiq-azerbaycanli-mer-7-ayliq-maasini-teleb-edir
Oxunma sayı: 1784

Marneuli rayonunun keçmiş azərbaycanlı meri Temur Abazov 7 ay ərzində ona ödənilməmiş əmək haqqını tələb edir.

"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, eks-merin müraciətinə ötən gün rayon bələdiyyəsinin iclasında baxılıb.

Marneuli bələdiyyəsinin Aparat rəhbəri Nino Beridze bildirib ki, T.Abazovun tələb etdiyi əmək haqqının ümumi məbləği 32800 lari (12 min dollardan çox) təşkil edir. Sabiq merin müraciəti bu gün Marneuli rayon icra hakimiyyətinə göndəriləcək. 

Qeyd edək ki, Temur Abazov 2017-ci ildə Marneulinin meri seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.