Sabiq baş nazir döyülüb

sabiq-bas-nazir-doyulub
Oxunma sayı: 640

Həmin fotoşəkillərdə Yuliya Timoşenko, özünün təsdiqlədiyi kimi, Xarkovdakı Kaçanovsk koloniyasından kliniki xəstəxanaya köçürülərkən aldığı xəsarətləri göstərib. Şəkilləri yayan agentliyin məlumatına görə, ombudsman Nina Karpaçeva onları ötən gün Kiyevdə diplomatlarla görüşdə nümayiş etdirib.

Dövlət penitensiar xidmət isə təsdiqləyir ki, koloniyanın əməkdaşlarının Yuliya Timoşenkoya qarşı davranışı zorakılıq xarakteri daşımayıb və mövcud normativ əsaslı tələblərə ciddi riayət olunaraq həyata keçirilib.

Ukrayna prezidenti Viktor Yanukoviç baş prokuror Viktor Pşonkeyə vəziyyəti araşdırmağı tapşırıb.

Bu gün Xarkov məhkəməsində Yuliya Timoşenkoya qarşı açılan ikinci işlə bağlı növbəti iclas keçiriləcək. Sabiq baş nazir "Ukraynanın vahid enerji sistemləri" şirkətinin fəaliyyəti ilə bağlı cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, hazırda Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalanarkən vəzifə səlahiyyələrini aşmaq ittihamı üzrə 7 illik həbs cəzası çəkir.

anspress.com