Sabiq futbolçu azadlığa çıxdı

sabiq-futbolcu-azadliga-cixdi
Oxunma sayı: 3120

Azərbaycanın ən titullu futbolçularından olan Faiq Cabbarov bu gün azadlığa buraxılıb. 

“Qafqazinfo” “Sport24.az”a istinadən xəbər verir ki, “Kəpəz” və “Şəmkir”lə dəfələrlə ölkə çempionu olan sabiq futbolçu 100 gün idi ki, həbsdə yatırdı. O, bu gün isə cəza müddətini başa vuraraq yenidən azadlığa çıxıb. 

Xatırladaq ki, F. Cabbarov dələduzluqda günahlandırılaraq həbs olunmuşdu.