Sabiq icra başçısını ölkədən buraxmadılar

sabiq-icra-bascisini-olkeden-buraxmadilar
Oxunma sayı: 671

Bu vaxt onun yanında bir müavini və başqa bir yaxın şəxs olub. İcra başçısı işdən azad edilməsi barədə sərəncamın oxunuşu zamanı başını tutub və bir neçə dəqiqə sonra huşunu itirib, bu zaman onun qan təzyiqi yüksəlib.
Qazeta.azerisayt-ın xəbərin görə, İcra Hakimiyyətinin binasına çox keçmədən təcili tibbi yardım maşını gəlib. Həkimlərin ilkin müdaxiləsindən sonra Rauf Hüseynovun səhhəti normallaşıb.
Sayt yazır ki, Rauf Hüseynov işdən azad edilməsinin ertəsi gün İcra Hakimiyyətinin binasına gəlib, sonuncu dəfə kabinetində özünə məxsus müəyyən əşyaların yığılmasına nəzarət edib, ardınca İcra Hakimiyyətinin məsul şəxslərinin, yerli dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə kiçik vida müşavirəsi keçirib. Məlumatlı şəxsin sözlərinə görə, işdən azad edilməsindən təxminən 7-8 gün sonra Rauf Hüseynov Bakıya gəlib və Almaniyaya getmək istəyib. Amma hava limanında onu saxlayıblar və ölkəni tərk etməsinin hələlik məqsədəuyğun olmadığını deyiblər.
Qazeta.azerisayt-ın məlumatına görə, Rauf Hüseynovu Almaniya ilə möhkəm tellər bağlayır. Onun oğlu bu ölkədə yaşayır və oxuyur. İkincisi, Rauf Hüseynovun Almaniyada bir neçə biznes obyekti var, onların başında isə tikiş fabriki gəlir. Sabiq icra başçısı oğlu ilə görüşmək üçün Almaniyaya getdiyini desə və ölkədən çıxması üçün heç bir hüquqi əngəl olmadığını diqqətə çatdırsa da, hava limanının əməkdaşları Rauf Hüseynovdan göstərişin "yuxarılar"dan verildiyini, ona görə də problem yaratmamasını istəyiblər. Hüseynov göstərişə tabe olub və geri qayıdıb.