Sabiq icra məmuruna hökm oxundu

sabiq-icra-memuruna-hokm-oxundu
Oxunma sayı: 5430

Bakı Ağır Cinayətlər Məhkəməsində Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş, rüşvət almaqda təqsirləndirilən Pərviz Nəbizadəyə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə P.Nəbizadəyə şərti cəza verilib və o, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb. 

İttihama görə, P.Nəbizadə vətəndaşdan 300 manat alıb.

O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Murad Əhməd