Sabiq nazir müavini azadlığa çıxdı

sabiq-nazir-muavini-azadliga-cixdi
Oxunma sayı: 7435

1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov da əfv sərəncamı ilə azadlığa çıxanlar arasındadır.

“Qafqazinfo” xəbər verir ki, o, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, M.Səlimov vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 2016-cı ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.