Sabiq polislə ailə üzvlərinin məhkəməsi başlayıb

sabiq-polisle-aile-uzvlerinin-mehkemesi-baslayib
Oxunma sayı: 4915

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsidə Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Ata və oğulları oğurluqda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilirlər. 

Təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin edilən vəkillərdən imtina etdiklərini bildiriblər və özləri başqa vəkillərlə müqavilə bağlamaq istədikləri üçün vaxt istəyiblər. Buna görə də proses yanvarən 23-dək təxirə salınıb.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S. M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, zamində olan Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. 

Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu qeyd olunub. 

Murad Əhməd