Sabiq rəisin arvadı apellyasiya şikayəti verib

sabiq-reisin-arvadi-apellyasiya-sikayeti-verib
Oxunma sayı: 643

Dələduzluqda təqsirləndirilən sabiq polis rəisinin arvadı Leyla Əkbərovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayət icraata götürülüb və ilk baxış iclası iyulun 26-na təyin edilib.

Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.

L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd