Sabiq rəisin oğlu qəzada öldü - Fotolar

Sabiq rəisin oğlu qəzada öldü
Oxunma sayı: 13388

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.  
90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21011”də olanlardan biri ölüb, iki nəfər xəsarət alıb.

*** 
Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.
 
Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.
 
Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.
 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi