Sabiq rəisin vəkilləri məhkəməyə gəlmədi

sabiq-reisin-vekilleri-mehkemeye-gelmedi
Oxunma sayı: 641

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə hörə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə M.Əsgərovun vəkillərinin məhkəməyə gəlmədiyi bəll olub.

Zərərçəkmiş Vidadi Əzizovun vəkili deyib ki, müvəkkili səhhəti ilə bağlı prosesə qatıla bilməyib. Həmçinin onlar M.Əzizovun ev dustaqlığına buraxılmasını istədiklərini bildiriblər və bu barədə vəsatət veriblər: “Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları məsuliyyətə cəlb edilsin”.

Dövlət ittihamçısı deyib ki, bu barədə yalnız təqsirləndirilən tərəf vəsatət verə bilər.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

Murad Əhməd