Sabir Fondu yeni layihəsini təqdim etdi

sabir-fondu-yeni-layihesini-teqdim-etdi
Oxunma sayı: 1036

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verib. 

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edib. 
Tədbiri giriş sözü ilə professor Buludxan Xəlilov açıb.

O, ART-Motiv adlanan bu layıhənin Azərbaycanda bir ilk olduğuna diqqəti çəkərək dünya ədəbiyyatının motivasiyaedici nümunələrinin - Qabriel Qarsia Markezin “ Vida məktubu”, Maxatma Qandinin ”Dua”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Antuan de Sent Ekzüperinin “Dua” və s.) daha yaxından tanıdılması və sevdirilməsi ilə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu qeyd etdi. Belə nümunələrin cəmiyyətdə oynayacağı rolun böyüklüyündən danışdı.

Bildirilib ki,  layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlidir.
Layihədə təqdim oluan video materialların texniki həllini həyata keçırən rejissor Namiq Zeynalov sözün, səsin və vizual effektlərin harmoniyasını necə yaratmağa çalışdığı barədə danışıb.