Sabirabad sakinlərini ayağa qaldıran rüsvayçılıq

sabirabad-sakinlerini-ayaga-qaldiran-rusvayciliq
Oxunma sayı: 2565


Sabirabad sakinləri ayağa qalxıb, sahibkar daş-qalaq edilib, həbslər gözlənilir.
“Qafqazinfo” AZNEWS.AZ-a istinadən xəbər verir ki, hadisə qadın geyimlərinin satışıyla məşğul olan “Kral” mağazasında baş verib. Maraqlıdır ki, həmin mağazanın sahibi də xanımdır. Görəsən, sahibi qadın olan qadın geyimləri mağazasında qadınları niyə izləsinlər ki?

Əldə etdiyimiz məlumatda Hacı Arifə kimi tanınan sahibkar xanımın bulanıq keçmişi var. Lakin qadınların izlənmə həvəsinin onun nə keçmişi, nə də indisi ilə əlaqəsi var. Belə ki, bu oyun qadının övladlığa götürdüyü Hüseynin başının altından çıxıb. Qudurğan olduğu söylənən 19 yaşlı gənc soyunub-geyinmə otağına kamera qurub qızları pusurmuş...

Məlumata görə, mağazada çalışan qızlardan biri bundan duyuq düşsə də, işin üstünü xadimə açıb. Kameranı otaqda görən xadimə bu haqda mağazadan alış-veriş etmək istəyən bir qızın nişanlısına deyib. Qızın nişanlısı məsələni araşdırıb və Hüseyn iş başında yaxalanıb. Hüseynin əzişdirilməsi ilə başlayan olay sonradan bir az da böyüyüb. Hadisə rayon camaatının narazılığına səbəb olub və onlar Arifənin evinə hücum edib. Hacıxanımı da döyən yerli əhalinin məsələ ilə bağlı narahatlığının davam etdiyi bildirilir. Rayonda Arifənin öldürülməsi ilə bağlı şayiə də yayılıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. Polis şöbəsinin təhqiqatçısı Möhlət Bayramov açıqlamasında bildirib ki, faktla bağlı araşdırmaya sahibkarın müraciəti əsasında başlanıb: 

“Polisə sahibkar özü müraciət edib. O, rayonda onun mağazasının geyinmə otağına kamera yerləşdirilməsi ilə bağlı şayiələr dolaşdığından belə bir addım atdığını bildirib. Sahibkar müraciətini də bu söz-söhbətin onun işgüzar nüfuzuna xələl gətirə biləcəyi ilə əsaslandırıb. Biz aşkarladıq ki, obyektdə 16 kamera var. Lakin geyinmə otağında hər hansı kamera aşkarlanmayıb. Kameraların son 15 günlük yaddaşını şəxsən yoxlamışam. Deyilənlərlə bağlı hər hansı görüntüyə rast gəlməmişəm”.


Sakinlər isə polisin yalan danışdığını, “hörmət” müqabilində sakitlik yaratmaq istədiklərini bildiriblər. Onların sözlərinə görə, kamera həmin otaqdan məsələnin üstü açılandan sonra götürülüb.