Sabirabad və Saatlı sakinlərinə "ASAN" xəbər

sabirabad-ve-saatli-sakinlerine-quotasanquot-xeber
Oxunma sayı: 826


“Qafqazinfo” xəbər verir ki, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcək.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunub.

İyunun 19-dan iyulun 3-dək Sabirabad və Saatlı rayonlarının sakinləri ASAN Səyyar Xidmətdən Sabirabad rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.